Bakıda vəkillərin birinci beynəlxalq konfransı keçiriləcək
Bakıda bu ilin dekabr ayında vəkillərin birinci beynəlxalq konfransı keçiriləcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində məlumat verib. Onun sözlərinə görə, konfransa dost ölkələrin vəkilləri dəvət edilib: "Azərbaycanda məhkəmə-hüquq sahəsində islahatlar gedir. Hər ilin sonunda Bakıda belə bir beynəlxalq konfrans təşkil ediləcək". A.Bağırov onu da əlavə edib ki, oktyabr ayında isə Avropa Gənc Vəkillər Assosiasiyasının sessiyası keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş








