Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir


Qusarda "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilir.

Şəffaflıq.az xəbər verir ki, tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunub.

Konfransda Dini Komitə və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri iştirak edirlər.

Tədbirdə media subyektlərinin dini sahə ilə bağlı məsələlərin işıqlandırılmasında məsuliyyəti, dini maarifləndirmə işinin təşkilində mətbuatın rolu, radikalizm, ekstremizm, dözümsüzlük kimi mənfi təzahürlərin yayılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəliklərin müzakirəsi aparılacaq, habelə bölgədə yerləşən dini ibadətgahlara mediatur təşkil ediləcək.

Qeyd edək ki, konfransın media tərəfdaşı "Global Media Group" və "APA Media Group"dur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}