Kamran Əliyev Kəlbəcərdə vətəndaşları qəbul edib
Baş prokuror Kamran Əliyev Kəlbəcər rayonundan olan vətəndaşları qəbul edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Qəbulda iştirak edən 17 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Xəbəri paylaş
Facebook-da paylaş








