Penitensiar xidmətində bu ilin 6 ayı ilə bağlı əməliyyat müşavirəsi keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 2026-cı ilin birinci yarımili ərzində fəaliyyətinin yekunlarına dair əməliyyat müşavirəsi keçirilib. Bu barədə xidmətdən məlumat verilib. Bildirilib ki, əməliyyat müşavirəsində ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi Mirsaleh Seyidov məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, nizam-intizamın gücləndirilməsi, infrastrukturun yenilənməsi, peşəkar kadr korpusunun formalaşdırılması, o cümlədən rəqəmsal yanaşmaların və yeniliklərin tətbiqi istiqamətində müvafiq işlərin davam etdirildiyini vurğulayıb. Daha sonra Penitensiar xidmətin rəis müavininin hesabat dövrünün yekunlarına dair məruzəsi və tabe qurum rəhbərlərinin çıxışları dinlənilib. Müşavirənin sonunda ədliyyə naziri Fərid Əhmədovun qanunçuluğun möhkəmləndirilməsi, şəffaflığın artırılması, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının təmini, rejim və davranış qaydalarına riayət olunması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinə dair mühüm tapşırıqları iştirakçıların diqqətinə çatdırılıb. Əməliyyat müşavirəsində Ədliyyə Nazirliyinin bir sıra struktur qurumlarının rəhbər şəxsləri də iştirak ediblər.
Facebook-da paylaş








