Fransanın cənub-qərbində güclü yanğın səbəbindən 12 min nəfər təxliyə edilib
Fransanın cənub-qərbində güclü yanğın səbəbindən 12 min nəfər təcili olaraq təxliyə edilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb. Hökumətin məlumatına görə, ilin əvvəlindən 12 500-dən çox yanğın baş verib və 44 min hektar ərazi yanıb ki, bu da miqyasına və davamlılığına görə 2022-ci ildəki göstəricidən çoxdur. Həmin il Landı-de-Qaskon departamentində 30 min hektardan çox meşə sahəsində güclü yanğınlar baş vermişdi.
Xəbəri paylaş
Facebook-da paylaş








