Əsas Səhifə > Hadisə > Sumqayıtda zəncirvari qəza olub, dörd minik maşını və avtobus toqquşub
Sumqayıtda zəncirvari qəza olub, dörd minik maşını və avtobus toqquşub13-04-2026, 15:15 |
|
Sumqayıt şəhərində dörd avtomobil və sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. Qəza zamanı iki "Opel", bir "Jac", bir "Hyundai" markalı avtomobillər və 7A nömrəli marşrut avtobusu bir-biri ilə toqquşub. Qəza nəticəsində nəqliyyat vasitələrinə ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |