Dünyada koronavirusdan ölənlərin sayı 313 mini ötdü


 

Koronavirusla bağlı ölkələr üzrə son vəziyyət

Çinin Uhan şəhərində ortaya çıxıb, bütün dünyanı öz cənginə alan koronavirusdan (Covid-19) ölənlərin sayı 313 min 459 nəfərə çatıb. Virusa yoluxanların sayı isə 4 milyon 734 min 378 nəfərdir. Koronavirusdan sağalanların sayı 1 milyon 818 min 236 nəfərdir.

Bəzi ölkələr üzrə son vəziyyət isə aşağıdakı kimidir:

Kanada. Bu ölkədə indiyənə qədər 75 min 864 nəfərdə koronavirus tapılıb ki, onların da 5 min 679 nəfəri dünyasını dəyişib. Kanada səhiyyə nazirliyinin açıqlamasına görə 37 min 819 nəfər virusdan sağala bilib.

Braziliyada isə yoluxma sayı qorxunc dərəcədə artmaqda davam edir. Ölkədə yoluxma sayı 233 min 511 nəfər çatıb. Virusdan ölənlərin sayı isə 15 min 662 nəfərdir.

Almaniyada isə ölənlərin sayı ölənlərin sayı 8 min 27 nəfərə çatıb. Ölkədə yoluxma sayı isə 176 min 244 nəfərdir.

ABŞ. Məlum olduğu kimi ABŞ koronavirusa yoluxmaya görə sırada liderdir. Bu günə qədər ABŞ-da 1 milyon 507 min 798 nəfər virusa yoluxub, 90 min 113 nəfər isə dünyasını dəyişib.

Virusa yoluxma sayına görə ikinci sırada Rusiya dayanıb. Bu günə qədər ölkədə 281 min 752 nəfərdə koronavirus aşkarlanıb, ölənlərin sayı isə 2 min 631 nəfərdir.

Böyük Britaniya isə 233 min 511 nəfər yoluxma sayına görə 4-cü sırada olsa da, 34 min 466 ölüm sayına görə dünyada ikinci, Avropa ölkələri arasında isə birinci sıradadır.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}