Şabranda hotelin fəaliyyəti dayandırılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonu, Rəhimli kəndində yerləşən "Bağçalı" hotelinin fəaliyyətini dayandırıb. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edildiyi üçün həmin hotelin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








