Dünyada koronavirusdan ölənlərin sayı 240 min nəfəri ötdü

 

Bu gün günorta saatlarına olan məlumata görə dünyada koronavirusdan ölənlərin sayı 240 mini ötüb, virusa yoluxanların sayı isə 3 milyon 424 min 210 nəfərə çatıb.

Ölkələr üzrə vəziyyət isə aşağıdakı kimidir.

Fransada ölənlərin sayı 24 min 594 nəfər, yoluxanların sayı isə 167 min 346 nəfərdir.

Maraqlıdır ki, koronavirusun ilk ortaya çıxdığı Çində isə son 24 saat ərzində nə yoluxma, nə də ölüm faktı qeydə alınmayıb. Bu günə qədər ölkədə 82 min 875 nəfərdə koronavirus tapılıb, 4 min 633 nəfər isə virusdan ölüb. Bununla belə 77 min 684 nəfər virusdan sağala bilib.

İspaniyada son 24 saatda koronavirusdan ölənlərin sayı 276 nəfər artaraq, 25 min 100 nəfərə çatıb.

Almaniyada isə virusdan ölənlərin sayı 6 min 736 nəfər olub. Ümumiyyətlə isə Almaniya digər Avropa ölkələri arasında koronavirusa qarşı ən yaxşı mübarizə aparan ölkə hesab olunur. Belə ki, son 24 saatda virusdan ölənlərin sayı 113 nəfər olub. Virusdan sağalanların sayı isə 129 min nəfərə çatıb.

Cənubi Amerika ölkəsi olan Braziliyada isə virusdan ölənlərin sayı 6 min 434 nəfər, virusdan yoluxanların sayı isə 92 min 630 nəfərə çatıb.

Banqladeşdə virusa yoluxanların sayı 8 min 231 nəfər çatıb. Məlum olub ki, virusa yoluxanların 11 faizi tibb işçiləridir.

İngiltərədə də vəziyyət gərgin olaraq qalır. Ölkədə virusdan ölənlərin sayı 27 min 510 nəfər, virusa yoluxanların sayı isə 177 min 454 nəfər olub.

ABŞ-da isə koronavirusa yoluxanların sayı 1 milyon 132 min nəfəri ötüb, ölənlərin sayı isə 65 min 783 nəfər olub.

İtaliyada da vəziyyət gərgin olaraq qalır. Bu ölkədə virusa yoluxanların sayı 207 min 428 nəfər, virusdan ölənlərin sayı isə 28 min 236 nəfərdir.

İspaniya isə koronavirusa yoluxma sayına görə ikinci sıradadır. Bu günə qədər ölkədə virusa yoluxanların sayı 245 min 567 nəfər, virusdan ölənlərin sayı isə 25 min 100 nəfərdir. 


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}