Dünyada koronavirusdan ölənlərin sayı 340 mini ötdü

 

Dünyada koronavirusdan ölənlərin sayı 340 mini ötüb.

Şəffaflıq.az bildirir ki, statistikaya görə, bu günə qədər dünyada 5 milyon 326 min 230 nəfər koronavirusa yoluxub, 340 min 383 nəfər ölüb, 2 milyon 174 min 503 nəfər isə virusdan sağalıb.

Dünya ölkələrində koronavirusla bağlı vəziyyət aşağıdakı kimidir: Yoluxma sayına görə, artıq uzun müddətdir ki, ABŞ dünyada lider sıradadır. Belə ki, bu günə qədər ABŞ-da 1 milyon 645 min 353 nəfər koronavirusa yoluxub. Virusdan ölənlərin sayı isə 97 min 655 nəfərə çatıb.

ABŞ-dan sonra Rusiyada koronavirusa yoluxanların sayı pik həddədir – 335 min 882 nəfər. Ölkədə ölənlərin sayında da xeyli artım var. Rəsmi rəqəmlərə görə bu günə qədər öllənlərin sayı 3 min 388 nəfərdir. Lakin bəzi rəsmilər reallıqda rəqəmlərin sayının dəfələrlə çox olduğunu iddia edir.

Braziliyada da vəziyyət gərgin olaraq qalır. Ölkədə bu günə qədər 332 min 382 nəfər koronavirusa yoluxub. Bu sayla Braziliya Rusiyadan sonra 3-cü sıradadır, lakin ölü sayı 7 dəfə çoxdur – 21 min 116 nəfər.

İspaniya da uzun müddətdir ki, koronavirus bəlasının cəngindən çıxa bilmir. Bu günə qədər ölkədə 281 min 904 nəfərdə koronavirus aşkarlanıb ki, onların da 28 min 628 nəfəri dünyasını dəyişib.

Böyük Britaniya isə 254 min 195 yoluxma sayına görə 5-cı sırada olsa da, 36 min 393 nəfər ölü sayına görə ABŞ-dan sonra ikinci, Avropa ölkələri arasında isə birinci sıradadır.

Türkiyədə də hər keçən gün virusa yoluxan və ölənlərin sayı artmaqdadır. Bir müddətdir ki, Türkiyə koronavirusa yoluxma sayına görə ( 154 min 500 nəfər) ölkələr arasında 9-cu yerdədir. Bu günə qədər ölkədə 4 min 276 nəfər virusdan dünyasını dəyişib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}