Muxtar Tleuberdi yenidən Qazaxıstan XİN-in rəhbəri təyin edilib
Muxtar Tleuberdi yenidən Qazaxıstanın xarici işlər naziri təyin edilib. Şəffaflıq.az Akordaya istinadən xəbər verir ki, müvafiq fərmanı Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev imzalayıb. M.Tleuberdi əvvəl tutduğu vəzifədən azad edilib. Bundan öncə Qazaxıstanın xarici işlər naziri vəzifəsini Yermek Koşerbayev tuturdu. Muxtar Tleuberdi ilk dəfə 2019-cu ilin sentyabrında Qazaxıstanın xarici işlər naziri təyin edilib. 2021-ci ilin yanvarından 2023-cü ilin aprelinədək o, Qazaxıstan Baş nazirinin müavini, xarici işlər naziri vəzifəsini tutub. 2023-cü ildə isə Qazaxıstanın Avstriyadakı səfiri təyin edilmişdi.
Xəbəri paylaş
Facebook-da paylaş








