Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb
Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, sənəd 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində imzalanıb. Sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və ARMAC-ın icraçı direktoru Rotna Buz imzalayıblar. Memorandum minatəmizləmə fəaliyyəti sahəsində mütəxəssislərin hazırlanması, potensialın gücləndirilməsi və texniki biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur.
Xəbəri paylaş
Facebook-da paylaş








