Əsas Səhifə > SİYASƏT > Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb

Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb


Dünən, 14:14


Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə ASEAN Regional Minatəmizləmə Mərkəzi (ARMAC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Şəffaflıq.az xəbər verir ki, sənəd 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində imzalanıb.

Sənədi ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və ARMAC-ın icraçı direktoru Rotna Buz imzalayıblar.

Memorandum minatəmizləmə fəaliyyəti sahəsində mütəxəssislərin hazırlanması, potensialın gücləndirilməsi və texniki biliklərin mübadiləsi üzrə əməkdaşlığı nəzərdə tutur.


Geri qayıt