Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb


Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəffaglıq.az-ın məlumatına görə, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb.

Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub.

Fakt üzrə araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}