Əsas Səhifə > Hadisə > Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürüb
Sumqayıtda avtomobil 46 yaşlı qadını vuraraq öldürübBu gün, 13:53 |
|
Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaglıq.az-ın məlumatına görə, hadisə şəhərin Yaşıl Dərə yaşayış massivində qeydə alınıb. Avtomobil yolu keçən 1980-ci il təvəllüdlü Gülnarə Rafiq qızı Süleymanovanı vurub. Zərbənin təsirindən ağır xəsarət alan qadın hadisə yerində ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanları və aidiyyəti xidmətlərin əməkdaşları cəlb olunub. Fakt üzrə araşdırma aparılır. Geri qayıt |