SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb
Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən tanker minaya düşüb və gəmidə yanğın baş verib. Şəffaflıq.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında bildirilib. "Qaydanı pozan bir supertanker iki dəniz minasına çırpılıb və yanğın baş verib", - SEPAH-dan qeyd olunub. SEPAH-ın HDQ-si xəbərdarlıq edib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını pozan gəmilərin taleyi bundan fərqli olmayacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








