İordaniya öz hava məkanında səkkiz raketin ələ keçirildiyini bildirib
İordaniyanın hava hücumundan müdafiə (HHM) qüvvələri krallığın hava məkanına daxil olan səkkiz raketi ələ keçirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin "Petra" agentliyi tərəfindən yayımlanan press-relizində deyilir. "İordaniyanın HHM sistemləri ölkənin hava məkanı sərhədlərini pozan səkkiz raketi ələ keçirib", - Silahlı Qüvvələrin rəsmi nümayəndəsinin məlumatında bildirilir. Raketlərin növü barədə təfərrüatlar verilmir.
Xəbəri paylaş
Facebook-da paylaş








