Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İordaniya öz hava məkanında səkkiz raketin ələ keçirildiyini bildirib

İordaniya öz hava məkanında səkkiz raketin ələ keçirildiyini bildirib


Bu gün, 09:40


İordaniyanın hava hücumundan müdafiə (HHM) qüvvələri krallığın hava məkanına daxil olan səkkiz raketi ələ keçirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin "Petra" agentliyi tərəfindən yayımlanan press-relizində deyilir.

"İordaniyanın HHM sistemləri ölkənin hava məkanı sərhədlərini pozan səkkiz raketi ələ keçirib", - Silahlı Qüvvələrin rəsmi nümayəndəsinin məlumatında bildirilir.

Raketlərin növü barədə təfərrüatlar verilmir.


Geri qayıt