Əsas Səhifə > REGİON > SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb

SEPAH: Hörmüz boğazında qaydanı pozan tanker minaya düşüb


Bu gün, 09:35


Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutla hərəkət etməyən tanker minaya düşüb və gəmidə yanğın baş verib.

Şəffaflıq.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında bildirilib.

"Qaydanı pozan bir supertanker iki dəniz minasına çırpılıb və yanğın baş verib", - SEPAH-dan qeyd olunub.

SEPAH-ın HDQ-si xəbərdarlıq edib ki, Hörmüz boğazının təhlükəsizlik qaydalarını pozan gəmilərin taleyi bundan fərqli olmayacaq.


Geri qayıt