Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var


Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb.

1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.

Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}