Əsas Səhifə > Hadisə > Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var
Beyləqanda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar varDünən, 10:55 |
|
Beyləqan rayonunda avtomobil beton maneəyə çırpılıb, xəsarət alanlar var. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Kəbirli kəndi ərazisində qeydə alınıb. 1991-ci il təvəllüdlü Firidun Süleyman oğlu Məhərrəmovun idarə etdiyi VAZ-2107 markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza nəticəsində sürücü, həmçinin avtomobildə olan 1958-ci il təvəllüdlü Səməd Musa oğlu Rzayev, 1982-ci il təvəllüdlü Elgün İsa oğlu Rzayev müxtəlif dərəcəli xəsarətlər alıblar. Onlar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır. Geri qayıt |