Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq
Misli Premyer Liqasında III tura bu gün yekun vurulacaq. Şəffaflıq.az-ın məlumatına görə, son oyun günündə iki qarşılaşma baş tutacaq. "Araz-Naxçıvan" Qəbələ şəhər stadionunda "Sabah"la üz-üzə gələcək. Naxçıvan təmsilçisi 1 xalla 11-ci, "Sabah" isə 3 xalla 6-cı pillədə qərarlaşıb. Tura Sumqayıt şəhər stadionunda baş tutacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Qarabağ" 3 xalla turnir cədvəlində 5-ci, xalı olmayan "Sumqayıt" sonuncu - 12-cidir. Misli Premyer Liqası I dövrə, III tur 31 avqust 18:00. "Araz-Naxçıvan" – "Sabah" Hakimlər: Rəvan Həmzəzadə, Teymur Teymurov, Müslüm Əliyev, Vüqar Həsənli. VAR: Kamranbəy Rəhimov. AVAR: Zöhrab Abbasov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Törə Əhmədova. Qəbələ şəhər stadionu 20:15. "Sumqayıt" – "Qarabağ" Hakimlər: Fərid Hacıyev, Akif Əmirəli, Eyyub İbrahimov, Əkbər Əhmədov. VAR: İnqilab Məmmədov. AVAR: Gülnurə Əkbərzadə. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Emin Cəfərov. "SOCAR Polymer Arena" Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.
Facebook-da paylaş








