MDB-də elektromobillər üçün günəş enerjidoldurma stansiyası ilk dəfə Astanada işə salınıb


Astanada (Qazaxıstan) elektromobillər üçün avtonom günəş enerjidoldurma stansiyası işə salınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Tərtibatçıların məlumatına görə, bu, MDB-də ilk belə qurğu olub.

Stansiya "Alatau" idman kompleksinin ərazisində yerləşir və şəhər elektrik şəbəkələrindən asılı olmayaraq, "off-grid" prinsipi ilə işləyir. Layihə Qazaxıstanın "BOLASHAQ POWER" MMC şirkəti tərəfindən hazırlanıb.

Kompleksə 100 kVt gücündə günəş generasiyası və ümumi tutumu 645 kVt/saat olan enerji toplayıcıları daxildir. Obyekt həmçinin Qazaxıstanın Yaşıl taksonomiyasının meyarlarına uyğundur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}