Əsas Səhifə > REGİON > MDB-də elektromobillər üçün günəş enerjidoldurma stansiyası ilk dəfə Astanada işə salınıb
MDB-də elektromobillər üçün günəş enerjidoldurma stansiyası ilk dəfə Astanada işə salınıbBu gün, 15:25 |
|
Astanada (Qazaxıstan) elektromobillər üçün avtonom günəş enerjidoldurma stansiyası işə salınıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Tərtibatçıların məlumatına görə, bu, MDB-də ilk belə qurğu olub. Stansiya "Alatau" idman kompleksinin ərazisində yerləşir və şəhər elektrik şəbəkələrindən asılı olmayaraq, "off-grid" prinsipi ilə işləyir. Layihə Qazaxıstanın "BOLASHAQ POWER" MMC şirkəti tərəfindən hazırlanıb. Kompleksə 100 kVt gücündə günəş generasiyası və ümumi tutumu 645 kVt/saat olan enerji toplayıcıları daxildir. Obyekt həmçinin Qazaxıstanın Yaşıl taksonomiyasının meyarlarına uyğundur. Geri qayıt |