Oman sahillərində neft tankerinə hücum edilib
Oman sahillərində neft tankeri hücum nəticəsində zədələnib və hərəkətini itirib. Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. Hadisə Əş-Şişahdan 9 dəniz mili şimal-şərqdə baş verib. UKMTO-nun məlumatına görə, tankerin kapitanı naməlum mərminin gəmiyə dəydiyini bildirib. Hücum nəticəsində mühərrik hissəsi zədələnib, bundan sonra tanker hərəkətini itirib. Ekipaj təhlükəsiz şəraitdədir. Ətraf mühitə heç bir ziyan dəyməyib. Digər təfərrüatlar, o cümlədən gəminin adı, qeydiyyat limanı açıqlanmır.
Xəbəri paylaş
Facebook-da paylaş








