Azərbaycanı gənclər arasında Avropa çempionatında 14 cüdoçu təmsil edəcək
Sentyabrın 3–6-də Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək gənclər arasında Avropa çempionatında Azərbaycanı 10 çəki dərəcəsində 14 cüdoçu (9 oğlan, 5 qız) təmsil edəcək. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib. Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər. Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq. Heyəti təqdim edirik: Qızlar 48 kq Nərgiz Əhmədova Gülgəz Musayeva 52 kq Aysun Məmmədova 57 kq Aytən Verdiyeva Xədicə Qədəşova Oğlanlar 60 kq Ayxan Mirzəzadə 66 kq Məhəmməd Musayev 73 kq Əbil Yusubov 81 kq Cəsur İbadlı Mehdi Abbasov 90 kq Aslan Kotsoyev Süleyman Şükürov 100 kq Davud Namazlı +100 kq Ramazan Əhmədov Şəffaflıq.az
Facebook-da paylaş








