Polşada dron hissələri istehsal edən müəssisədə yanğın olub
Polşanın Skarjisko-Kamenne şəhərində dron hissələri istehsal edən müəssisədə yanğın baş verib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Polşa mediası Skarjisko-Kamenne rayon polis idarəsinin mətbuat katibi Anna Slavinskayaya istinadən məlumat yayıb. Yanğın yığım sexində başlayıb. Hadisə baş verən zaman zavod bağlı olub, yaralanan yoxdur. "Polis əməkdaşları hələ də hadisə yerindədir, ərazinin mühafizəsini təmin edir və yanğın ocağına baxış keçirirlər. Həmçinin bu hadisənin bütün hallarını və səbəblərini aydınlaşdırmaq üçün genişmiqyaslı əməliyyat tədbirləri həyata keçirilir", - o deyib.
Xəbəri paylaş
Facebook-da paylaş








