Almaniyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat yayılıb. "Sentyabrın 2-də Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkili Bernd Finke ölkə hakimiyyətinin dünənki anti-Rusiya bəyanatları fonunda Rusiya XİN-ə çağırılıb", - məlumatda vurğulanıb. Qeyd edək ki, Almaniya avqustun 4-də Leypsiq/Halle hava limanında baş vermiş dron insidentindən sonra Rusiyaya qarşı bir sıra tədbirlər görüb.
Xəbəri paylaş
Facebook-da paylaş








