Sumqayıtda minik avtomobili piyadanı vuraraq öldürüb
Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az-ın məlumatına görə, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb. İlkin məlumata görə, 1963-cü il təvəllüdlü Əsgərov Yaşar Təvəkkül oğlu idarə etdiyi "Kia Sorento" markalı avtomobillə piyadanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş








