Misirdə yol qəzası baş verib, azı 16 nəfər ölüb
Misirdə, Sinay yarımadasının cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 16 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb. Şəffaflıq.az-ın "Sky News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib. Məlumata görə, qəza Dahab-Nuveyba yolunda baş verib. Hadisənin digər təfərrüatları və zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir. Qeyd edək ki, Sinay yarımadasının cənub hissəsi turistlər arasında populyardır.
Xəbəri paylaş
Facebook-da paylaş








