Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Misirdə yol qəzası baş verib, azı 16 nəfər ölüb

Misirdə yol qəzası baş verib, azı 16 nəfər ölüb


Dünən, 11:02


Misirdə, Sinay yarımadasının cənubunda avtobusun qəzaya düşməsi nəticəsində azı 16 nəfər ölüb, daha 28 nəfər isə xəsarət alıb.

Şəffaflıq.az-ın "Sky News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Məlumata görə, qəza Dahab-Nuveyba yolunda baş verib. Hadisənin digər təfərrüatları və zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, Sinay yarımadasının cənub hissəsi turistlər arasında populyardır.


Geri qayıt