Cənubi Koreya Hörmüz boğazına gəmi və "P-8A" təyyarəsi göndərməyə hazırlaşır
Cənubi Koreya hökuməti ABŞ və İsrailin İranla müharibəsi fonunda Hörmüz boğazına Hərbi Dəniz Qüvvələrinin dəstək gəmisinin və "P-8A" patrul təyyarəsinin mümkün göndərilməsi planını hazırlayıb. Şəffaflıq.az "Chosun Ilbo"ya istinadən məlumatına görə, təklifin müzakirə və təsdiq edilməsi üçün Milli Təhlükəsizlik Şurasının baxışına təqdim olunması planlaşdırılır, bundan sonra o, Milli Assambleyanın təsdiqinə çıxarılmalıdır. Hökumət həmçinin gəmilərin limanlara yan alması üçün mümkün yerləri öyrənir. Nəşrin məlumatına görə, nəzərdən keçirilən variantlar arasında "P-8A" patrul təyyarəsinin və təqribən 140 nəfərlik ekipajı olan "Soyang" gəmisinin göndərilməsi var. Təyyarə səkkiz nəfərlik ekipaj da daxil olmaqla, 20 nəfərə qədər adam daşımaq qabiliyyətinə malikdir. Bununla yanaşı, Cənubi Koreya Prezidentinin administrasiyasından bildiriblər ki, hərbçilərin Hörmüz boğazına göndərilməsi barədə yekun qərar hələ qəbul edilməyib. Hakimiyyət qeyri-döyüş əməliyyatları da daxil olmaqla, iştirakın müxtəlif variantlarını nəzərdən keçirir. Bu proses əvvəllər İranla müharibədə Vaşinqtona kifayət qədər dəstək vermədiyinə görə Seulu tənqid edən ABŞ Prezidenti Donald Trampın təzyiqi fonunda həyata keçirilir.
Facebook-da paylaş








