Rusiya və Monqolustanda taunun təbii ocağı hələ də qalır
Rusiya və Monqolustanın sərhədyanı rayonlarında taunun təbii ocağı qalmaqdadır, onun yerləşdiyi rayonlarda epidemioloji vəziyyət sabitdir. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Rospotrebnadzor"un mətbuat xidmətindən bildirilib. Təbii ocaq iki ölkənin ərazisində yerləşir və təxminən 29 min kv. km sahəni tutur, bununla belə, onun ərazisinin təqribən 60 %-i Monqolustanın payına düşür. Rusiya və Monqolustan hər il təbii ocağın aktivliyinin monitorinqi üçün ərazidə birgə epizootoloji müayinələr aparır. İş zamanı, xüsusən də "Rospotrebnadzor"un səyyar epidemiyaya qarşı laboratoriyasından istifadə edilir. Qurumdan qeyd edilib ki, birgə monitorinq sərhədyanı rayonlarda epidemioloji vəziyyətə nəzarət etməyə və təbii ocağın aktivliyindəki dəyişiklikləri vaxtında aşkarlamağa imkan verir.
Facebook-da paylaş








