Şahin Bağırov Samuxda vətəndaşları qəbul edəcək


Sentyabrın 9-da saat 10:00-da Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Samux şəhərində vətəndaşları qəbul edəcək.

Şəffaflıq.az komitəyə istinadən xəbər verir ki, qəbul Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti, 1) baş tutacaq.

Qəbulda Samux və Göygöl rayonlarının, Gəncə və Mingəçevir şəhərlərinin sakinlərinin müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.

Əlavə məlumat almaq üçün "195" Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}