Goranboyda baş verən yol qəzasında 2 qardaş xəsarət alıb
Goranboyda baş verən yol-nəqliyyat hadisəsində 2 qardaş xəsarət alıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Goran yolu adlanan ərazisində qeydə alınıb. Belə ki, Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü, Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub. Qəzada N. Kərimov və onun qardaşı, 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Xəbəri paylaş
Facebook-da paylaş








