Vəkil: Xaricdə nikahı pozulan Azərbaycan vətəndaşına qarşı digər tərəfin mülkiyyət hüququ var
Tərəfdar beynəlxalq və ikitərəfli hüquqi yardım müqavilələrinə əsasən, ölkə vətəndaşlarının xarici ölkələrdə rəsmiləşdirdiyi nikahlar Azərbaycanda rəsmi nikah statusunda qəbul edilir və tanınır. Bunu vəkil Babək Həmidov bildirib. Vəkil qeyd edib ki, ailə məcəlləsinin tələblərinə görə, nikahın tanınması üçün nikaha daxil olan şəxslər və nikahın özü Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci maddəsində göstərilən tələblərə cavab verməlidir. "Yəni şəxslərin nikah yaşına çatması, şəxslərin anlaqlı olması, eyni ata-anadan olan bacı-qardaş olmaması, nikahın etibarsızlığına səbəb olacaq digər halların mövcud olmamasıdır". O həmçinin nikahın pozulması halında əmlak hüquqları və birgə mülkiyyətinə də münasibət bildirib: "Nikah rəsmi tanındığı halda həmin nikah dövründə tərəflər arasında Azərbaycan ərazisində əldə edilmiş daşınar və daşınmaz əmlak varsa, tərəflərin hansının adının olmağından asılı olmayaraq digər tərəfin həmin əmlakda mülkiyyət hüququ və öz payını tələb etmək hüququ vardır. Bunu Ailə Məcəlləsi və mülki qanunvericilik tənzimləyir". Şəffaflıq.az

Facebook-da paylaş








