Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib


Norveçdə Rusiyaya məxsus "Professor Molçanov" gəmisinin saxlanıldığı təsdiqlənib.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Norveçin Şpitsbergen qubernatorluğunun yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Barentsburq limanında dayanan gəminin üzərinə həbs qoyulması barədə qərar Nord-Troms dairə məhkəməsinin göstərişi əsasında qubernator tərəfindən qəbul edilib. Qərar Ukraynanın "Naftoqaz" şirkətinin qaldırdığı iddia çərçivəsində verilib.

Gəminin müvafiq dövlət orqanlarının və ya dairə məhkəməsinin qərarı qəbul edilənədək dayandığı yeri tərk etməsi qadağan olunub.

Bəyanatda, həmçinin bildirilib ki, qubernator Lars Fause "Trust Arcticugol" təşkilatı ilə əməkdaşlıq edərək gəminin ekipaj üzvləri və sərnişinlərinin qayğısına qalacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}