İsmayıllıda dövlət qurumlarında vəzifələri tutmaq üçün gənclərə etimad göstərilib

 

İsmayıllıda dövlət qurumlarına təyinatlar olub. Belə ki, İsmayıllı rayonunda yeni kadrlara etimad göstərilib. Rayonda fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsinə Akif Məmmədov, DSMF Publik Hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsinin müdiri vəzifəsinə isə Eyyub Musayev təyinat alıb.

Bundan əlavə, İnzibati Ərazi Dairələrində vakant olan nümayəndənin müavini və baş məsləhətçi-baş mühasib vəzifələri RİH başçısının əmri ilə gənc kadrlara etimad olunub. 


Aslan Rüstəmov RİH başçısının Talıstan İƏD üzrə nümayəndəsinin müavini, Azad Qubatov isə nümayəndəliyin baş məsləhətçi-baş mühasibi, həmçinin Xoşqədəm Hacıbalazadə Təzəkənd və Elçin Balayev Keyvəndi İƏD üzrə nümayəndəlikdə baş məsləhətçi-baş mühasib vəzifəsinə təyin olunub. 

  
 
 
 
 
 
Yeni təyinat alan əməkdaşlara fəaliyyətlərində uğurlar arzulayırıq.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}