Bakı Şəhər üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsinə yeni təyinat

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni kadr dəyişikliyi olub.

Şəffaflıq.az xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Rasim Məmmədov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin edilib. R.Məmmədov Təhsil Nazirliyində sektor müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl BŞTİ-də müdir müavini vəzifəsini Şahin İsgəndərov icra edib. O, bir müddət öncə Xarici İşlər Nazirliyinin İşlər İdarəsinin rəisi təyin olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}