"Mikrodalğalı soba bəzi qidaları zəhərli maddəyə çevirə bilər"



Mikrodalğalı soba qızdırmanın ən asan üsuludur. Bir çox insan yeməklərini mikrodalğalı sobada qızdırır. Ancaq bəzi qidaların tərkibində konservantlar olduğu üçün mikrodalğalı sobada bu qidalar keyfiyyətini itirib zərərli maddəyə çevrilə bilər.

  • Bəs hansı qidalarda konservantlar var?

Mütəxəsislər bildirir ki, emal edilmiş ətlərin tərkibində konservantlar olur. Elektromaqnit şüalanmasına məruz qaldıqda, oksidləşmiş xolesterol kimi təhlükəli kimyəvi birləşmələrə çevrilirlər. Məsələn qızardılmış toyuqun xırtıldayan qabığı mikrodalğalı sobada nəmli, xoşagəlməz bir örtüyə çevrilir. Belə olan halda bütün ət istiləşə bilmir. Və yaxud balıqları mikrodalğalı sobada qızdırdıqda inanılmaz bir qoxu yayır. Balıq yeyilməyəcək vəziyyətə düşür. Məsələn, balığı mikrodalğalı sobada yenidən qızdırsanız, yemək bütün nəmini itirəcək. Quru və sərt olur.

Sobaların satışı ilə məşğul olan Azər Əliyev öz müsahibəsində bildirib ki, bu səbəbdən bütün qidaları mikrodalğalı sobalarda qızdırmaq olmaz. Mikrodalğalı soba bəzi qidaların keyfiyyətini itirib zəhərli bir maddəyə çevirə bilər.

“Brokolini mikrodalğalı sobada qızdırmaq onun bütün faydalı xüsusiyyətlərini itirməsinə səbəb olur. Buxarda bişirdiyiniz zaman bu, məhsulun dadını və tərkibində olan vitamin və minerallarını qoruyacaq. Elektromaqnit şüalanması ispanaq və çuğundurda zərərli nitrozaminlərin əmələ gəlməsinə səbəb olur. Bu maddələr kanserogen ola bilər” - deyə satıcı qeyd edib.

Azər Əliyev qeyd edir ki, yaşıl tərəvəzlər müəyyən xüsusiyyətlərə malikdir və mikrodalğalı sobada qızdırıldığı zaman yana bilər. Nəticədə dadlı yemək əvəzinə süfrənizə yanmış yeməklər gələcək, məişət texnikası da xarab olacaq. Bu gün bir çox ölkələrdə mikrodalğalı sobaların sağlamlığa zərərli və kanserogen ola biləcəyi ilə bağlı araşdırmalar aparılır. Mikrodalğalı sobanın içərisində xüsusi hissə var. Bu hissə enerjini mikrodalğaya çevirir. Dalğaların hədəfi sobanın içərisinə qoyulan su molekullarıdır. Bu mikrodalğalar su molekulları vasitəsilə yeməyi tez qızdırır.

“Burada önəmli olan mikrodalğalı sobaya qoyulan yeməyin tərkibində su olmasına diqqət etmək və bəzən də su əlavə etməkdir. Çünki mikrodalğalı sobalar tərkibində su olmayan qidalar üçün deyil” - deyə Azər Əliyev vurğulayıb.

Mikrodalğalı sobaların xərçəngə səbəb olması məsələsinə gəldikdə isə, mütəxəssislərin fikrincə, mikrodalğalı sobalar qidaların qida dəyərini aşağı salırş Beləliklə, bədənimizə qəbul etdiyimiz vitaminlərin dəyəri pozulur və ya dəyişir. Bu isə xərçəng ehtimalını artıra bilər.

Qeyd edək ki, heç vaxt plastik qabları mikrodalğalı sobalara qoymaq olmaz. Yüksək temperatur səbəbiylə plastik materialların tərkibində olan BPA sərbəst buraxılır. Bu isə xərçəng əmələ gətirən maddədir. Bəzi plastik qablarda mikrodalğalı sobalara uyğun etiket olsa da, buna inanmayın.

İsveçrədə aparılan klinik araşdırmaya görə, mikrodalğalı sobada qızdırılan süd məhsulları və tərəvəzləri istehlak edən insanların qan təzyiqi və ürək döyüntülərində dəyişikliklər olub. Bunun səbəbi əslində insan sağlamlığına görünən heç bir zərəri olmayan ionlaşdırıcı olmayan şüalanmadır.

İngiltərədəki Xərçəng Araşdırma Mərkəzi mikrodalğalı sobaların heç bir şəkildə xərçəngə səbəb olmadığını müdafiə edir. Onlar iddia edirlər ki, istehlakçılar bu cihazlardan istifadə etməzdən əvvəl istifadə təlimatlarını çox yaxşı oxuyub onlara əməl etdikcə zərər görməyəcəklər. Mərkəzin fikrincə, mikrodalğalı sobalardan yayılan radiasiya az olduğu üçün insanlara təsir etmir, heç bir təhlükə törətmir. 

Şəffaflıq.az 


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}