Finlandiya rəsmisi ölkəsinin və İsveçin Türkiyə qarşısında gücsüzlüyünü etiraf edib
Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etirazları davam edərkən, Finlandiyanın baş naziri Sanna Marin mövzu ilə bağlı açıqlamalar verib.
Şəffaflıq.az xəbər verir ki, Marin Türkiyənin qarşısında gücsüz qaldıqlarını etiraf edib. O bildirib ki, Türkiyə onları "girov" saxlamaq istəsə, həm ölkəsinin, həm də İsveçin işləri irəli aparmaq üçün edə biləcəyi çox az şey var.
“İştirakımız üçün heç bir maneə olmamalıdır” deyən Finlandiyanın baş naziri əlavə edib ki, NATO-ya üzv ölkələrin əksəriyyəti məsələnin iyunun sonunda Madriddə keçirilməsi planlaşdırılan NATO sammitində həllini gözləyir.
Prezident Sauli Niinistö NATO-nun bazar ertəsi Finlandiya, İsveç və Türkiyə arasında keçiriləcək danışıqlara Brüsseldə ev sahibliyi edəcəyini dediyini xatırladan Marin oradakı danışıqların əhəmiyyətinə diqqət çəkib.
Marin həmçinin bildirib ki, Rusiya ölkədə sabitliyi pozmaq məqsədilə qaçqınları sərhədə yönləndirərsə , Finlandiyanın şərq sərhədini bağlaya bilməsi vacibdir. "Biz şərq sərhədindəki bütün keçid məntəqələrini bağlamalı və sığınacaq prosedurlarını başqa yerə köçürməliyik”,- deyə Finlandiyanın baş naziri bildirib.
Xatırladaq ki, Avropa Birliyi cümə günü bildirib ki, Ukrayna və onun qonşusu Moldovanın birliyə üzv olmaq namizədliyini dəstəkləyir. Marin bildirib ki, Finlandiya, eləcə də Ukrayna və Moldova Şimali Makedoniya və Albaniyaya Aİ-yə namizəd statusunun verilməsini dəstəkləyir.
Baş nazir Sanna Marin (SDP) də bazar günü jurnalistlərə bildirib ki, 2024-cü il seçkilərində prezidentliyə namizəd kimi iştirak etməkdə maraqlı deyil.
Digər tərəfdən, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önalın başçılıq etdiyi nümayəndə heyəti bu gün Brüsselə gedib. Terror təşkilatı PKK-nın Suriyadakı uzantısı olan YPG ilə bağlı iki ölkənin konkret addımlar atacağı gözləntiləri bir daha gündəmə gətiriləcək.
Qeyd edək ki, mayın 25-də Ankarada keçirilən görüşdən sonra tərəflər arasında gözləntilərlə bağlı sənəd axını yaşanıb. Brüsseldə keçiriləcək görüşdə bu sənədlər müzakirə olunacaq.
Ehtimal edilir ki, Türkiyə bu ölkələrin quru vədləri ilə kifayətlənmək istəmir və haqqında danışılarn mövzularla bağlı hər iki ölkədə müvafiq qanunların qəbul edilməsini istəyir.
Qeyd edək ki, Türkiyənin Finlandiya ilə ciddi problemi yoxdur. Terror təşkilatlarına başlıca dəstək İsveçdən gəlir. Prosesin əvvəllərində baş nazir Maqdalena Andersson Türkiyə haqqında saymazyana açıqlamalarla gündəmə gəlsə də, sonradan vəziyyətin ciddiliyini anladı və Türkiyəni eşitməyin yeganə çıxış yolu olduğunu qəbul etdi.
Facebook-da paylaş