Moskvada erməni aqressiyası: soydaşlarımızı döyürlər, obyektləri darmadağın edirlər

 

"Yeni Müsavat"ın redaksiyasına Moskvada yaşayan azərbaycanlılar tərəfindən videogörüntülər təqdim olunub.

Şəffaflıq.az həmin materialı olduğu kimi paylaşmağı vacib sayır. Videolara aşağıdakı linkdən istifadə etməklə baxa bilərsiniz.

https://www.musavat.com/news/moskvada-ermeni-aqressiyasi-soydaslarimizi-doyurler-obyektleri-darmadagin-edirler_721177.html

Videoların birində ermənilər heç bir günahı olmayan azərbaycanlı gənci döyərək ondan rus dilində "mən qoyunam" deməsini tələb edirlər, onu amansızcasına döydükdən sonra çıxıb gedirlər.

Digər videoda isə tanınmış sosial media istifadəçisi olan bir erməni canlı yayımda yalnız kişi izləyicilərinə çağırış edərək təcili yığışmaq lazım olduğunu deyir.

O, təxminən 2 min nəfərin Moskva şəhərindəki 32-ci kilometr adlanan ərazidə yerləşən erməni bazarında toplaşacağını bildirir və izləyicilərindən videonu paylaşaraq daha çox erməninin bir araya gəlməsində vasitəçi olmalarını istəyir. Həmin şəxs gəlmək istəyən insanların onunla əlaqə saxlamalarını xahiş edir və qadınların evdə oturmalarını məsləhət görür.

O, erməni xalqının bu gün bu məsələni həll etməli olduğunu vurğulayır.

Üçüncü videoda isə təcavüzkar ermənilərin öz əməllərinə son qoymayaraq azərbaycanlıları necə döyməsi və onların obyektlərini necə darmadağın etməsi - bir sözlə, erməni vandalizmi əks olunub. 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}