Mərakeşdə rekord göstərici

 

Mərakeşdə koronavirusla bağlı vəziyyətdə rekord göstərici qeydə alınıb. Belə ki, ölkədə son sutka ərzində 539 nəfərdə koronavirus aşkarlanıb.

Şəffaflıq.az “worldometers.info”ya istinadən bildirir ki, bununla da Mərakeşdə koronavirusa yoluxanların ümumi sayı 9 613-ə yüksəlib.

Son 24 saat ərzində ölkədə koronavirusdan ölüm halı qeydə alınmayıb. Virus qurbanlarının ümumi sayı dəyişməz olaraq qalıb (213 nəfər).

İndiyədək 8 117 nəfər sağalıb. Ölkədə 1 283 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-si ağır vəziyyətdədir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}