Azərbaycandakı Diplomatik korpus və beynəlxalq təşkilatların nümayəndələri Şuşaya səfər edib

 

İyulun 9-da Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların ümumilikdə 100-dən çox nümayəndənin Şuşa şəhərinə səfəri təşkil olunub.

Şəffaflıq.az xəbər verir ki, səfərdə Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı, Qətər, Əlcəzair və digər ölkələrin səfirləri, həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri iştirak ediblər.
Diplomatlar və beynəlxalq təşkilatların təmsilçiləri səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının tikinti işlərinin gedişi və “Füzuli” yarımstansiyası ilə tanış olublar.
Sonra onlar Şuşa şəhərinə gəliblər. Qala divarlarının qarşısından başlanan tədbirdə bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb.
Onlar şəhərdəki Saatlı, Aşağı Gövhərağa və Yuxarı Gövhərağa məscidlərində olublar. Məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən bu məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.
Türkiyə, Pakistan, Qətər, Liviya və digər müsəlman ölkələrindən olan diplomatlar Yuxarı Gövhərağa məscidində namaz qılıb, dua ediblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}