Rusiyada məşqçi komandasının oyunu zamanı ölüb

 

Basketbol üzrə Sankt-Peterburq şəhərinin qadınlardan ibarət komandasının məşqçisi oyun zamanı ölüb.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, Viktor Korolyov 53 yaşında olub.

O, Rusiya birinciliyinin bürünc medalları uğrunda keçirilən qarşılaşma zamanı dünyasını dəyişib.

"Sankt-Peterburq-1" və "Moskva-3" komandaları arasındakı görüş birincilərin məşqçisinin huşunu itirməsilə əlaqədar 9-cu dəqiqədə dayandırılıb.

Mərhumun ölüm səbəbi açıqlanmır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}