ABŞ-da koronavirusdan rekord ölüm

 

ABŞ-da son sutka ərzində koronavirusdan rekord ölüm sayı qeydə alınıb.

Şəffaflıq.az “worldometers”ə istinadən xəbər verir ki, son 24 saatda ABŞ-da rekord sayda - 4 134 nəfər insan koronavirusdan həyatını itirib. Sutka ərzində virusa yoluxanların sayı 270 min 194 nəfər təşkil edib.

Koronavirus epidemiyasından ən çox təsirlənən ölkə olan ABŞ-da ümumi yoluxma sayı 22 milyon 132 min 45-ə, virusdan ölənlərin sayı isə 374 min 124-ə çatıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}