Britaniyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb

 

Britaniyada rekord sayda koronavirusa yoluxma qeydə alınıb.


Böyük Britaniyada son sutka ərzində 58 784 nəfər koronavirusa yoluxub. Bu, pandemiyanın başlamasından etibarən qeydə alınan ən yüksək göstəricidir.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Qeyd edilib ki, hazırda koronavirusa yoluxanların ümumi sayı 2 713 563 nəfərə çatıb.

Son sutka ərzində 407 nəfər isə koronavirusdan həyatını itirib. Bununla da Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 75 431 nəfərə çatıb.

Qeyd edək ki, bu gün Baş nazir Boris Conson Britaniya saatı ilə 20:00-da xalqa müarciət edəcək. Onun koronavirus tədbirlərinni daha da sərtləşdiriləcəyi barədə qərarı gözlənilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}