Ukraynada son sutkada koronavirusdan 202 nəfər ölüb

 

Ukraynada son sutkada koronavirusdan 202 nəfər ölüb. Bununla da pandemiya dövründə Ukraynada koronavirusdan ölənlərin sayı 19 min 129 nəfərə çatıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə səhiyyə naziri Maksim Stepanov bildirib.

Son sutkada Ukraynada 5 min 334 nəfərin koronavirusa yoluxduğu təsdiqlənib. Ümumilikdə gün ərzində 39 min 286 koronavirus testi götürülüb. Yeni yoluxma hallarının əksəriyyəti Kiyev şəhərində (846), Odessa (682), Zaporojye (418) və Poltava (376) bölgələrində təsdiqlənib.

Pandemiyanın başlanğıcından bəri ölkədə ümumilikdə 1 milyon 83 min 585 nəfər bu virusa yoluxub, 747 min 408 nəfər sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}