Paşinyan və Soros: İrəvanda anti-Rusiya şəbəkəsi

 Erməni hərbi birləşmələrinin Tovuz istiqamətində hərbi təxribatı Rusiya və Ermənistan arasındakı soyuq münasibətləri daha da kəskinləşdirdi. Paşinyan bu təxribatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT), dolayısı ilə Rusiyanı münaqişəyə cəlb etməyi planlaşdırırdı, lakin oyun baş tutmadı və bundan sonra Ermənistanda hakimiyyətin sifarişi ilə anti-Rusiya çağırışları gücləndi.

Rusiya İrəvana Marqarita Simonyanın, yəni bir erməninin dili ilə cavab verdi.

“Russia Today” telekanalının direktoru Simonyan Ermənistan hakimiyyətinə ən kəskin tənqidi səsləndirdi.

Simonyan Feysbuk səhifəsində yazırdı: “Sizin internet qoşunlarınız mənim sosial şəbəkələrimi mövqemi bildirmək tələbi ilə (lovğa və aqressiv şəkildə) peyinlə doldurublar. Xahiş etdilər-bildirirəm. Özünüzə kənardan baxın. Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız? Siz necə ermənisiniz? Rusiyadan uzun illər gördüyünüz xeyirxahlığa və müdafiəyə cavab olaraq Krımı tanımadınız. Çünki bu, Ermənistanın daxili işidir. Sırf siyasi qisas xatirinə Rusiyanın daimi müttəfiqi olan Robert Köçəryanı həbs etdiniz. Məqsədli, nümayişkarəranə şəkildə həbs etdiniz, birbaşa öz rus dostlarınızın üzünə tüpürərək. Çünki bu, Ermənistanın daxili işidir. Siz ölkəni Rusiyada hökuməti necə devirəcəyinizi öyrətdiyiniz anti-Rusiya QHT-ləri ilə doldurdunuz. Siz Qafqazdakı anti-Rusiya qüvvələrinin tramplininə çevrilmisiniz. Çünki bu, Ermənistanın daxili işidir. Siz rusiyalı erməni iş adamlarını qovdunuz. Siz Rusiya ilə əlaqəli heç bir şey istəmirsiniz. Çünki bu, Ermənistanın daxili işidir. Media və sosial şəbəkələriniz Rusiyaya, Putinə, Putini dəstəkləyən hər kəsə, xüsusən də Rusiya ermənilərinə (məsələn, mənə) çirkab atırlar. Siz uğursuz və yoxa çıxan erməni xalqını düşmənlərə – rus ermənilərinə və “həqiqi” insanlara – bir anlıq hakimiyyətinizi dəstəkləyənlərə bölmüsünüz. Çünki bu, Ermənistanın daxili işidir. İndi, sərhədinizdə müharibə olanda, rejiminizin mövcudluğu təhlükə altına düşəndə xatırladınız ki, Rusiya sizi yenidən xilas etməlidir. Bəyəm bu, Ermənistanın daxili işi deyilmi? Son illər Rusiyaya qarşı bəslədiyiniz bütün şərlərdən və xirtdəyə çatan hörmətsizliklərdən sonra informasiya cəbhəniz və özünüz hesab edirsiniz ki, kömək gözləməyə haqqınız var? Əslində, etdiklərinizin hamısından sonra Rusiyanın sizə tüpürmək və sizi əzmək üçün tam mənəvi haqqı var. Ancaq o bunu etməz. Mən əminəm. Bu dəfə də kömək edəcək”.

Bu statusdan sonra Ermənistan mediası Simonyanı linç etdi, təbii ki, bu linç kampaniyası Rusiyada yaşayan erməni jurnalistin timsalında Moskvaya da ünvanlanmışdı.

Nəhayət, iyulun 28-də Ermənistanın baş naziri Nikol Paşinyan RBK kanalına müsahibəsində Simonyanın anti-Rusiya QHT-lərinin fəaliyyəti haqqında dediklərinə cavab verdi. Bildirdi ki, bu QHT-lər onun hakimiyyətə gəlişinə qədər də mövcud olub.

“Onlar Rusiyada Ermənistan hökumətinin rusiyayönümlü fəaliyyətindən şübhələnilmədiyi vaxt yaradılmışdı. Bütün bu təşkilatlar Robert Koçaryanın dövründə yaradılıb, Serj Sarkisyanın dörvündə fəaliyyət göstərib. Əgər onlar rusiyayönümlü idilərsə, niyə bu təşkilatları bağlamadılar?”, - Nikol deyir.

Rusiya mediası Paşinyanın yalan danışdığını yazır.

“Qəzeta.ru” saytı yazır ki, Paşinyanın hakimiyyəti dövründə Corc Sorosun təsirində olan QHT-lərin nümayəndələri hakimiyyətdə postlar tutmağa başladı: “Burada faktlar dilə gəlir. Paşinyanın arxasınca küçəyə çıxanlar məhz qərbyönümlülər idi.

- “Transparancy İnternational” təşkilatının seçki proqramlarının keçmiş koordinatoru Armen Qriqoryan Milli Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsinə təyin edilmişdi.

- Qərbyönümlü “İrs” partiyasının şinelindən çıxmış David Sanasaryan Dövlət Nəzarət Xidmətinin müdiri oldu. Sanasaryan Rusiya səfirliyinin binasına yumurta atması ilə məşhurdur.

- Ermənistanın Xüsusi İstintaq Xidmətinin müdiri Sasun Xaçatryanın qardaşı Soros Fondunun Məsləhət Şurasının sədridir.

- Diaspor işləri üzrə baş komissarı Zareh Sinanyan ABŞ-ın Qlendeyl şəhərinin meri olub. “Sputnik Ermənistan”ın məlumatına görə, Sinanyan LGBT hüquqlarının müdafiəçisi kimi məşəhurdur. Bu sahədə fəaliyyətinə görə, ötən il Ermənistanda gender bərabərliyi və eynicinsli nikahların qanuniləşməsi istiqamətində təşviqat aparan “Equality Armenia” ictimai təşkilatının mükafatını aldı”.

“Qazeta.ru” qeyd edir ki, 27 yaşlı yeni ədliyyə naziri Rüstəm Badasyanın bu posta təyinatının Soros Fondunun Ermənistandakı icraçı direktoru Larisa Minasyan tərəfindən irəli sürüldüyü haqda məlumatlar var.

“Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan müsahibələrindən birində Sorosun Ermənistanda təhlükəli fəaliyyətinin artdığını bildirmişdi. Görünür, bunu ona bağışlamadılar və Vanetsyan postundan uzaqlaşdırıldı. Onun yerinə 29 yaşlı Argişti Karamyanı gətirdilər. Bu günlərdə məlum oldu ki, Soros Fondu COVİD-19-la mübarizə üçün Ermənistana 600 min dollar vəsait ayırıb. Özlüyündə pozitiv xəbərdir, lakin o fakt diqqət çəkir ki, Ermənistan Ukrayna ilə yanaşı, milyarderin (Corc Soros-red) maliyyələşdirdiyi təkilatın belə dəstəyinə “layiq görülmüş” tək post-sovet ölkəsidir.

Paşinyanın hakimiyyətə gəlişindən sonra müşahidə olunan başqa tendensiyalar haqqında da danışa bilərik: Rusiya telekanallarının yerli yayım şəbəkəsindən sıxışdırılmasını təmin edən qanun layihəsi; İctimai Televiziyada rusdilli verilişlərin bağlanması; Dövlət televiziyalarında Aleksey Navalnının çıxışlarının verilməsi – bu, Rusiya Konstitusiyasına düzəlişlərlə bağlı səsvermədən qabaq oldu;

Ermənistanın siyasi və ictimai həyatında Soros və onun strukturlarlarının iştirakını tənqid edən “VETO təşkilatının fəalları Paşinyan tərəfindən siyasi repressiyalara məruz qalır. İlin əvvəlində “VETO”nun təsisçisi Narek Malyan və müxalif “Adekvat” partiyasının funksioneri Konstantin Ter-Nakalyan qanunsuz silah saxlama və daşıma ittihamı ilə polisə çağırıldı.

Ekspertlər həmçinin, İrəvanda Rusiya biznesi üçün yaradılan problemləri də yada salırlar. Beləliklə, nəticə çıxarmaq çətin deyil: Ermənistanın indiki hökuməti Corc Sorosun təşkilatları ilə çox ilıq, dost münasibətlərinə malikdir.

“Rosbalt”ın da yazdığı kimi, hazırda Sorosun “Açıq Cəmiyyət İnstitutu” Ermənistanda praktiki olaraq bütün sferaları əhatə edən – KİV, jurnalist araşdırmaları, siyasi təşkilatlar, gənclər siyasəti, insan hüquqlarının müdafiəsi, təhsil, elm və s. – 60 QHT-ni maliyyələşdirir. Ermənistanın indiki rəhbərliyinin Rusiyanın milli maraqlarına qarşı olan Soros Fondu ilə aşkar bağlılığı yaxşı heç nə vəd etmir. Və Marqarita Simonyanın statusu, həmçinin, Paşinyanın ona cavabı bu reallığı ortaya çıxardı”, - sayt yazır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}