Rusiyada təyyarə qəzaya uğrayıb, pilot həlak olub
Rusiyanın Rostov vilayətinin Volqodonsk rayonunda "An-2" təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri regionun Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb. "Kənd təsərrüfatı işləri aparılarkən "Rodnik" ASC ərazisində "An-2" hava gəmisi qəzaya uğrayıb. Pilot həlak olub", - məlumatda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş
